İrina Vereşçuk bəyan edir ki, 2.5 min Ukraynalı rus əsirliyindədir
Ukraynanın baş naziri müavini, İrina Vereşçuk bəyan edir ki, 2.5 min Ukraynalı rus əsirliyindədir.
“Söhbət əsir düşmüş 2.5 min Ukraynalıdan gedir. Ən dəhşətlisi odur ki, onların arasında çoxlu mülki vətəndaş da var. Mülki şəxslər mübadiləsiz geri qaytarılmalıdır. Onların arasında qadınlar çoxdur”, – Vereşçuk bəyan etdi.
Baş nazir müavininin dediyinə görə, ruslar son bir neçə mübadilə zamanı mülki vətəndaşları azad etmədiər.
“Azovstaldan 131 qadının çıxdığını nəzərə alsanız, təsəvvür edin ki, nə qədər qadın əsirlikdədir. Ruslar cəmi bir neçəsini qaytardılar”, – Ukraynanın baş naziri müavini bəyan etdi.