İrina Sarışvili – “Daxili İşlər Nazirliyinə” bizə tabe olmağı çağırırıq
İrina Sarışvili – “Daxili İşlər Nazirliyinə” bizə tabe olmağı çağırırıq

“Daxili İşlər Nazirliyi”nə çağırış edirik ki, Bidzinin qanunlarına tabe olmasın, bizə tabe olsun” – bunu İrina Sarışvili sosial şəbəkədə yayılan videomüraciətində bildirib.

Onun sözlərinə görə, gürcü xalqı Konstitusiyanı pozmaq niyyətində deyil.

“Daxili İşlər Nazirliyi bizdən qanuna əməl etməyi tələb edir. Biz isə “Daxili İşlər Nazirliyi”nə çağırış edirik ki, Bidzinin qanunlarına tabe olmasın, Bidzinin konstitusiyasına tabe olmasın. Bu ölkə Bidzina İvanişvilinin mülkiyyəti deyil. Bizə, gürcü xalqına tabe olsun, hansı ki, bir addım da olsun Gürcüstan Konstitusiyasını pozmaq fikrində deyilik”, – deyə İrina Sarışvili bildirib.