İrəvanda Ursula fon der Layennin səfəri fonunda siyasi məhbusların azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilir
İrəvanda hökumət binası qarşısında “Hayakve” hərəkatı və “Ana Ermənistan” partiyasının birgə etiraz aksiyası keçirilir.
Erməni mediasının məlumatına görə, nümayişçilər siyasi məhbusların dərhal azad edilməsini tələb edirlər.
Aksiya iştirakçıları saxlanılmış və ya ev dustaqlığında olan dini xadimlərin və siyasi fiqurların fotolarını nümayiş etdirir və Ermənistan hakimiyyətini siyasi baxışlarına və söz azadlığına görə insanları həbs etməkdə ittiham edirlər.
Eyni zamanda, media bildirir ki, etirazçılar Ermənistanda avtoritar idarəetmə qurulması cəhdlərini pislədiklərini bəyan ediblər.
Təşkilatçılar həmçinin Ursula fon der Layen üçün rəsmi müraciətin təqdim olunmasını planlaşdırırlar. O, hazırda Ermənistana rəsmi səfərdədir.
“Avropa Komissiyasının Prezidenti Ursula fon der Layenin İrəvana səfəri ilə Avropa institutları faktiki olaraq avtoritarizmi dəstəkləyir və Ermənistan hökumətinin müxaliflərinə qarşı təqibləri legitimləşdirir”, – deyə “Hayakve” hərəkatının üzvü Menua Soqomonian bildirib.
Hökumət binası yaxınlığında keçirilən nümayiş zamanı polis qüvvələri cəlb olunub.