İrəvanda müxalifətin etiraz aksiyaları keçirilir

14:46, 10.05.2022

İrəvanda müxalifət hərəkatı etiraz aksiyası keçirir.

Etiraz yürüşü əvvəlcədən elan edilmişdi. Etirazçılar eyni vaxtda dörd istiqamətdə yürüş ediblər.

Fəallar əllərində dövlət bayraqları tutub, hökumət əleyhinə şüarlar səsləndiriblər.

Etirazçılar ölkənin baş naziri Nikol Paşinyan və hökumətinin istefasını tələb edirlər. Yürüş zamanı bir neçə etirazçı saxlanılıb.

Bu gün axşam saatlarında İrəvanın Fransa meydanında müxalifət yürüşü keçirəcək. Xatırlatmaq istərdik ki, mayın 1-dən Ermənistan paytaxtında hökumət əleyhinə mitinqlər keçirilir.

Oxşar