İrəvanda ictimai nəqliyyat ləngimələrlə işləyir, güclü qar yağdığı üçün məktəblər bağlanıb
Güclü yağış səbəbindən Yerevanda ictimai nəqliyyat ləngimələrlə işləyir, məktəblər bağlanıb.
Erməni mətbuatının yazdığına görə, artıq ikinci gündür ki, güclü qar Ermənistan paytaxtında nəqliyyatın hərəkətini dayandırıb.
Məlumatlara görə, İrəvanda əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə yol-nəqliyyat hadisəsi baş verib.
Ermənistanın təhsil naziri fevralın 21-də İrəvanda tədris prosesinin dayandırılacağını, bəzi ali təhsil müəssisələrinin distant təhsilə keçəcəyini açıqlayıb.
Bundan əlavə, Ermənistanın meri Tiqran Avinyan işəgötürənləri imkan daxilində işçiləri uzaqdan işə keçirməyə çağırıb.