İranlı yüksək rütbəli hərbçi - "İranın İslam İnqilabı Keşikçiləri Korpusu"nun Hava-Kosmik Qüvvələri İrana qarşı istənilən təcavüzü dəf etməyə hazırdır
İranlı yüksək rütbəli hərbçi - "İranın İslam İnqilabı Keşikçiləri Korpusu"nun Hava-Kosmik Qüvvələri İrana qarşı istənilən təcavüzü dəf etməyə hazırdır

 

“İranın İslam İnqilabı Keşikçiləri Korpusu”nun Hava-Kosmik Qüvvələri ən yüksək müdafiə hazırlığı səviyyəsinə çatıb və İrana qarşı istənilən təcavüzü dəf etməyə hazırdır – bu haqda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin komandanı briqada generalı Macid Musəvi bildirib.

İranlı yüksək rütbəli hərbçi, 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibədən sonra müxtəlif sektorlarda aerokosmik avadanlıqların istehsalının xeyli artdığını deyib.

İranlı yüksək rütbəli hərbçi müharibə zamanı aşkar edilmiş zəifliklərin tam düzəldildiyini və aradan qaldırıldığını bildirib.

“İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələri hazırda hazırlıq səviyyəsinin pik həddindədirlər” – Macid Musəvi deyib.