İranın yeni müdafiə naziri ABŞ-nin ölkəyə qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə, Vaşinqtonu və onun müttəfiqlərini ağır nəticələr gözlədiyini bildirir
İranın yeni müdafiə naziri Mehrdad Axlaği Ketabçi ABŞ-nin ölkəyə qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə, Vaşinqtonu və onun müttəfiqlərini ağır nəticələr gözlədiyini bildirir.
“Xalq əmin ola bilər ki, böyük ehtimalla onlar bizə hücum etməyə cürət etməyəcəklər. Əgər bunu etsələr, özləri də, bütün region da böyük zərər görəcək” – İranın yeni müdafiə naziri açıqlayıb.
Bu gün İran Parlamenti Mehrdad Axlaği Ketabçinin müdafiə naziri təyin olunmasını dəstəkləyib. O, fevralın 28-də ABŞ və İsrail tərəfindən həyata keçirilən hücum nəticəsində həlak olan Əziz Nəsirzadəni əvəz edəcək.
İran hökumətinin rəsmi veb-saytının məlumatına əsasən, Mehrdad Axlaği Ketabçinin namizədliyini 277 deputatdan 237-si dəstəkləyib.