İranın Xarici İşlər Nazirliyində ABŞ ilə əldə olunmuş razılaşma üzrə öhdəliklərin icrasını dayandırdıqlarını bəyan ediblər

18:57, 18.07.2026

 

İran bir ay əvvəl ABŞ-la əldə olunmuş razılaşma çərçivəsində götürdüyü öhdəliklərin icrasını dayandırıb.

Bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Ğaribabadi bildirib.

“Biz danışıqlar aparırdıq. Təəssüf ki, məhz amerikalılar bu təcavüzkar addımları atdılar və bununla da öz öhdəliklərini özləri pozdular” – Kazem Ğaribabadi bildirib.

Onun sözlərinə əsasən, bunun nəticəsində İran öhdəliklərin icrasını dayandırıb.

“CNN”in məlumatına əsasən, İranın xarici işlər nazirinin müavininin bu bəyanatı İranla ABŞ arasında Qətər və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqların dalana dirəndiyinə dair növbəti siqnaldır.

Oxşar