İranın Xarici İşlər Nazirliyi – Vaşinqtonla danışıqlar aparılmır

14:18, 03.08.2026

 

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bağai bildirib ki, hazırda danışıqlar yalnız Omanla aparılır.

Bağainin sözlərinə əsasən, hazırda heç bir ölkədən nümayəndə heyətini qəbul etmək və ya öz nümayəndə heyətini xaricə göndərmək planlaşdırılmır.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibinin bəyanatına əsasən, “ABŞ-nin təcavüzü” davam etdiyi müddətcə boğazdakı vəziyyət dəyişməz qalacaq.

Bundan əvvəl ABŞ Prezidenti Vaşinqton və Tehran arasında danışıqların bu gün bərpa olunacağını bildirmişdi. Donald Trampın qeyd etdiyi kimi, tərəflər Hörmüz boğazı ilə bağlı razılığa gəliblər.

Oxşar