İranın Xarici İşlər Nazirliyi – Sülh müqaviləsini İran Prezidenti Masud Pezeşkiyan və ABŞ Prezidenti Donald Tramp imzalaya bilər
Sülh müqaviləsini İran Prezidenti Masud Pezeşkiyan və ABŞ Prezidenti Donald Tramp imzalaya bilər – bu haqda İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmail Bağai deyib. O bildirib ki, belə bir ehtimal “masadadır” və müzakirələr hələ də davam edir.
Bu bəyanat Donald Trampın Böyük Yeddilik sammitində keçirilən mətbuat konfransında İsveçrədə planlaşdırılan imzalanma mərasimində iştirak edə biləcəyini qeyd etməsindən sonra verilib. Jurnalistin mərasimdə qalıb-qalmayacağı ilə bağlı sualına Tramp “Ola bilsin” cavabını verib. Daha sonra o, zarafatla əlavə edib ki, əgər razılaşma baş tutmasa, buna görə məsuliyyəti vitse-prezident Cei Di Vensin üzərinə yükləyəcək.
Məlumat üçün bildirək ki, ABŞ və İran arasında müqavilənin rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçirilməsi planlaşdırılır.