İranın Xarici İşlər Nazirliyi İsrail və ABŞ-ni İranın daxili işlərinə müdaxilə etməkdən çəkinməyə çağırıb
İranın Xarici İşlər Nazirliyi İsrail və ABŞ-ni İranın daxili işlərinə müdaxilə etməkdən çəkinməyə çağırıb

 

İranın Xarici İşlər Nazirliyi İsrail və ABŞ-ni İranın daxili işlərinə müdaxilə etməkdən çəkinməyə çağırıb. Tehranda bu çağırış ABŞ və İsraildən İranda keçirilən etiraz aksiyalarının iştirakçılarına yönəlik dəstək bəyanatları verilməsindən sonra edilib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, İsrailin Baş naziri və amerikalı rəsmi şəxslərin oxşar bəyanatları zorakılığa və terrorizmə təhrikdir.

“Sionist rejimin baş naziri və ya bəzi radikal amerikalı rəsmi şəxslərin İranın daxili işləri ilə bağlı verdiyi bəyanatlar və ya hərəkətlər beynəlxalq normalara əsasən zorakılığa, terrorizmə və qətlə təhrikdir” – İranın Xarici İşlər Nazirliyində bəyan ediblər.

Məlumat üçün bildirək ki, ötən həftə İranda hökumət əleyhinə etiraz aksiyaları keçirilib. Hüquq müdafiəçilərinin məlumatına əsasən, iranlı hüquq-mühafizə orqanlarının əməkdaşları fəallara qarşı odlu silahdan istifadə ediblər, həlak olanlar və saxlanılanlar var.