İranın Xarici İşlər naziri – Rusiyaya pilotsuz təyyarələri məhdud sayda müharibəyə qədər bir neçə ay əvvəl vermişik

17:12, 05.11.2022

İran Rusiyaya dronların verilməsini rəsmi olaraq təsdiqlədi. Bu barədə İranın Xarici İşlər naziri, Hüseyn Əmirabdolahian bəyan etdi.

Onun qeyd etdiyinə görə, Tehran Moskvaya pilotsuz uçuş aparatlarını Ukraynaya işğaldan bir neçə ay əvvəl təhvil verdi.

“Bəzi qərb ölkələrinin İranın Ukraynadakı müharibəyə yardım etmək üçün Rusiyaya raketlər və pilotsuz təyyarələr verməsi ilə bağlı, raket hissəsi tamamilə yanlışdır. Pilotsuz təyyarələrin bir hissəsi düzgündür, Ukrayna müharibəsinə qədər bir neçə ay əvvəl, Rusiyaya pilotsuz təyyarələrini məhdud sayda vermişik”, – İran Xarici İşlər naziri bəyan etdi.

Bundan əvvəl İran rəsmiləri, sonradan Ukraynaya qarşı müharibədə istifadə edilən silahları Rusiyaya təhvil verdiklərini təkzib edirdilər.

Oxşar