İranın sabiq şahının oğlu Reza Pəhləvi ABŞ-ni İrana "humanitar müdaxilə"yə çağırır
İranın sabiq şahının oğlu Reza Pəhləvi Amerika Birləşmiş Ştatlarını İrana “humanitar müdaxilə”yə çağırır.
Pəhləvi “Fox News”a müsahibəsində İran xalqının “azadlıq” tələb etdiyini bildirib və dünyanı İrana təzyiqi artırmağa çağırıb.
“Biz danışarkən İranda insanları ölümlə cəzalandırırlar, insanları həbs edirlər və işgəncə edirlər. Məhz bu səbəbdən müdaxilə zəruridir – əks halda itirilməyə davam edəcək həyatları xilas etmək üçün humanitar müdaxilə” – Reza Pəhləvi qeyd edib.