İranın Məhkəmə Hakimiyyətinin rəhbəri – Xalqı üsyana çağıranlara və anlaşılmaz bəyanatlarla ayrı-ayrı şəxsləri provokasiyaya sövq edənlərə qarşı sıfır tolerantlıq olacaq

12:31, 12.01.2026

 

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Ğolam Hoseyn Mohsen Ecei etiraz çağırışları yayan hər kəsi sıfır tolerantlıqla hədələyir.

“Xalqı üsyana çağıranlara və ya təhrik edənlərə, eləcə də anlaşılmaz bəyanatlarla ayrı-ayrı şəxsləri provokasiyaya sövq edənlərə qarşı sıfır tolerantlıq olacaq” – İranın Məhkəmə Hakimiyyətinin rəhbəri sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, İranda nümayişlər 15-ci gündür davam edir. ABŞ-da əsası qoyulan İnsan Hüquqlarının Müdafiəsi Fəallarının Xəbər Agentliyinin (HRANA) məlumatına əsasən, İranda cari etiraz aksiyalarında ən azı 544 nəfər həyatını itirib, onlardan 500-dən çoxu fəaldır.

Bu vaxta olan məlumatlara əsasən, ölkə miqyasında təxminən 10 600 fəal saxlanılıb. Medianın məlumatına əsasən, İran əhalisinin əksəriyyətinin artıq 84 saatdan çoxdur internetə çıxışı yoxdur.

Oxşar