İranın limanında partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 800-dən çox insan yaralanıb

13:29, 27.04.2025

İranın limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 25-ə yüksəlib, 800-dən çox insan isə yaralanıb. Bu barədə “BBC” ölkənin hakimiyyət orqanlarına istinadən xəbər verir.

İlkin ehtimallara görə, partlayış ölkənin cənubunda yerləşən Şəhid Rəcəi limanında kimyəvi maddənin partlaması nəticəsində baş verib. Partlayışın nəticəsində yaxınlıqdakı binaların pəncərələri qırılıb, damlar zədələnib, avtomobillər isə məhv edilib. Regionda təhsil müəssisələri və ofislər bağlanıb.

İran mediasının məlumatına görə, partlayış limanın təhlükəli yüklər və kimyəvi maddələrin saxlanıldığı hissəsində baş verib. Gömrük nümayəndələrinin bildirdiyinə görə, partlayışın səbəbi təhlükəli və kimyəvi materialların anbarında baş verən yanğın olub.

“New York Times” yazır ki, partlayışa ehtimal ki, raket yanacağının tərkib hissəsi olan maddə səbəb olub.

Oxşar