İranın xarici işlər nazirinin müavini – Donald Trampın Hörmüz boğazı ilə bağlı sayıqlaması ya düzələcək, ya da biz bu başını itirmiş adamın sayıqlamasını düzəldəcəyik
İranın xarici işlər nazirinin müavini Kazem Ğaribabadi ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə Hörmüz boğazının şəklini paylaşmasına münasibət bildirir.
O bildirib ki, əgər Tramp Hörmüz boğazı ilə bağlı yanlış düşüncələrini dəyişməzsə, bunu İran edəcək.
“Tezliklə Donald Trampın Hörmüz boğazı ilə bağlı cəfəngiyyatı ya düzələcək, ya da biz bu başını itirmiş adamın cəfəngiyyatını düzəldəcəyik” – Ğaribabadi yazır.
Məlumat üçün bildirək ki, Donald Tramp sosial şəbəkədə paylaşdığı şəkildə Hörmüz boğazından “ABŞ-nin yeni ərazisi” kimi bəhs edib. Trampın paylaşdığı xəritədə İran və Oman arasında yerləşən Hörmüz boğazı dairəyə alınıb, təsvirin üzərində isə ingilis dilində “ABŞ-nin yeni ərazisi” yazılıb.