İranın xarici işlər naziri – İsrail tərəfindən ölkəmizə hücum olarsa, cavab daha güclü olacaq

14:26, 08.10.2024

 
İsrail tərəfindən istənilən hücum daha güclü reaksiya ilə müşaiyət olunacaq – bu haqda İranın xarici işlər naziri Abas Arağçi bildirib.

O deyib ki, düşmən İranın rejimin hansı hədəflərinə çıxışının olduğunu bilir.

“İran İslam Respublikasının infrastrukturuna qarşı istənilən hücum çox ağır cavaba səbəb olacaq və düşmənlərimiz sionist rejimin hansı hədəflərinə çatmaq imkanımızın olduğunu bilirlər. Sionist rejimə İslam Respublikasının cavabını sınamamağı tövsiyə edirik. Ölkəmizə nəsə hücum olarsa, cavabımız daha güclü olacaq” – Arağçi bildirib.

Oxşar