İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrəyə gəlib.
Məlumata görə, səfər zamanı bir neçə mərhələdən ibarət məsləhətləşmələr keçiriləcək. İranın xarici siyasət idarəsinin rəhbərini diplomatik nümayəndə heyəti müşayiət edir.
Səfər çərçivəsində Əraqçi İsveçrənin xarici işlər naziri, omanlı həmkarı və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru, həmçinin İsveçrədə olan digər beynəlxalq rəsmilərlə görüşəcək.
Həmçinin gözlənilir ki, İranın xarici işlər naziri Cenevrədə BMT-nin Silahsızlanma Konfransında çıxış edəcək.
İran və ABŞ arasında danışıqların ikinci raundu çərşənbə axşamı, 17 fevral tarixində Cenevrədə keçiriləcək.