İranın xarici işlər naziri Abbas Araqçi Rusiyaya səfər edib
İranın xarici işlər naziri Abbas Araqçi Rusiyaya səfər edib

İranın xarici işlər naziri Abbas Araqçi Rusiyaya səfər edib. O, daha sonra Rusiya prezidenti Vladimir Putinlə görüş keçirəcək. Bu barədə məlumatı Araqçi sosial şəbəkədə paylaşıb.
Bununla yanaşı, Abbas Araqçi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşəcək.
Rusiyadakı İran səfirinin sözlərinə görə, Putinlə keçiriləcək görüşdə “ikitərəfli əməkdaşlığın koordinasiyası və birgə proqramların həm regional, həm də beynəlxalq səviyyədə irəliləyişi” müzakirə olunacaq.