İranın Kəşfiyyat Nazirliyinin məlumatına görə, ABŞ-ın köməyi ilə İranın qərb sərhədindən ölkəyə daxil olmağa çalışan “separatçı terrorçu qruplara” zərbə endirilib
İranın Kəşfiyyat Nazirliyinin məlumatına görə, ABŞ-ın köməyi ilə İranın qərb sərhədindən ölkəyə daxil olmağa çalışan “separatçı terrorçu qruplara” zərbə endirilib.
Həmçinin bildirilib ki, İraq Kürdüstanında partlayışlar baş verib.
İranın açıqlamasına görə, “müharibə başlayandan sonra İraq Kürdüstanında gizlənən terrorçu qruplaşmalara bir neçə dəfə zərbə endirilib”.
İranın məlumatına əsasən, həmin qruplaşmalara qarşı raket hücumları həyata keçirilib, həmçinin dronlardan istifadə olunub.
Bundan əvvəl mənbələr CNN-ə bildiriblər ki, Mərkəzi Kəşfiyyat İdarəsi İranda xalq üsyanını təşviq etmək məqsədilə kürd qüvvələrinin silahlandırılması üzərində işləyir