İranın Kəşfiyyat Nazirliyi "xarici dəstək ilə baş vermiş iğtişaşlarda iştirak edən 300-dən çox əməliyyat agenti və qrup rəhbərini saxladıqları" haqda məlumat verir
İranın Kəşfiyyat Nazirliyi “xarici dəstək ilə baş vermiş iğtişaşlarda iştirak edən 300-dən çox əməliyyat agenti və qrup rəhbərini saxladıqları” haqda məlumat verir.
Nazirliyin məlumatına əsasən, həbslər vətəndaşlar tərəfindən 8 yanvarda baş vermiş iğtişaşlar və vandalizm aktlarına görə məsul şəxslərin müəyyən edilməsi və onlar barədə məlumatların təqdim edilməsindən sonra həyata keçirilib.
Nazirliyin bəyanatına əsasən, cəmiyyətin yardımının nəticəsində təhlükəsizlik qüvvələri cinayətkar fəaliyyətlərlə əlaqəli olan 300-dən çox şəxsi tapıb saxlayıblar. Nazirlik həmçinin vətəndaşları “silahlı terrorçular və son zamanlarda baş vermiş iğtişaşlarda iştirak edənlər haqqında hər hansı məlumat verərək təhlükəsizlik səylərini dəstəkləməyə” çağırıb.
İran mediasının məlumatına əsasən, “keçən ayın sonunda İranda iqtisadi çətinliklərə görə dinc etiraz aksiyaları ilə başlayanlar ABŞ və İsrail rejiminin nümayəndələrinin ictimai bəyanatları ilə vandalizm və iğtişaşlara çevrildi”.
İran mediası iğtişaşlar zamanı xaricdən dəstəklənən muzdluların şəhərləri talan etdiyini, təhlükəsizlik qüvvələrini və mülki şəxsləri öldürdüyünü və ictimai əmlaka ziyan vurduğunu yazır.