İranın İsrailə endirdiyi zərbələr nəticəsində azı 14 nəfər yaralanıb
İranın İsrailə endirdiyi zərbələr nəticəsində azı 14 nəfər yaralanıb.
Yerli medianın məlumatına görə, İran İsrailə ballistik raketlə hücum edib. Zərbə İsrailin mərkəzində yerləşən Bnei Brak şəhərinə yönəldilib.
Yaralananlar arasında 11 yaşlı uşaq da var, vəziyyəti ağırdır və o, hazırda xəstəxanadadır.
Məlumatda həmçinin bildirilir ki, İran Tel-Əvivə də hücum edib, lakin orada heç kim xəsarət almayıb.