İranın “İslam İnqilabı Keşikçiləri Korpusu” İsrail istiqamətində onlarla raket atdıqlarını bildirir

21:48, 01.10.2024

 
İsrail mediası, İranın İsrail istiqamətində 100-dən çox raket atması haqda xəbər verir.

Eyni zamanda, İran İsrailə raket hücumunun başladığını təsdiqləyir, bu haqda da İran dövlət mediası məlumat yayır.

İranın “İslam İnqilabı Keşikçiləri Korpusu” İsrail istiqamətində onlarla raket atdıqlarını və İsrailin cavab addımı atacağı təqdirdə Tehranın cavabının daha sarsıdıcı olacağını bildirir.

İsrailin Müdafiə Qüvvələri sakinləri sığınacaqlarda qalmağa çağırır.

İsraildə partlayış səsləri eşidilir, hava hücumundan müdafiə sistemləri işləyir. Təl-Əvivin bir neçə yerində raket hissələrinin və ya raketlərin düşməsi haqda məlumatlar yayılır.

Oxşar