İranın “İnqilab Keşikçiləri Korpusu”nun quru qüvvələri və Azərbaycan ordusu dördgünlük birgə hərbi təlimlərə başladı
İranın “İnqilab Keşikçiləri Korpusu”nun quru qüvvələri və Azərbaycan ordusu dördgünlük birgə hərbi təlimlərə başladı.
İran mediası, hərbi təlimin İranın şimal-qərb bölgəsində keçirilməsi haqda məlumat verir. İranın “İnqilab Keşikçiləri Korpusu”nun quru qoşunlarının xüsusi təyinatlıları və Azərbaycan ordusunun xüsusi təyinatlıları Ərdəbil vilayətində Aslan Duzi sərhəd rayonunda davam edən hərbi təlimlərdə iştirak edirlər.
Təlimlər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və qanunsuz mütəşəkkil silahlı qruplaşmalara qarşı mübarizədə qarşılıqlı əməkdaşlıq məqsədi daşıyır. Həmçinin, təlimlər sərhədlərin təhlükəsizliyini birgə qorumaq, hərbi imkanları inkişaf etdirmək və müdafiə sahəsində taktiki və əməliyyat səviyyəsində əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.