İranın hücumu nəticəsində keçən gecə İsraildə bir nəfər ölüb, Qərb sahilində isə üç nəfər həlak olub
İranın hücumu nəticəsində keçən gecə İsraildə bir nəfər ölüb, Qərb sahilində isə üç nəfər həlak olub

İranın hücumu nəticəsində keçən gecə İsraildə bir nəfər ölüb, Qərb sahilində isə üç nəfər həlak olub. Bu barədə “Times of Israel” yazır.

Məlumata görə, Qərb sahilinə yaxın həyata keçirilən hücum nəticəsində üç fələstinli qadın ölüb.

Həmçinin, Moşav-Adanim kəndində ölümlə nəticələnmiş kişi isə xarici işçi olub. Təcili yardım işçiləri onu hadisə yerində ölü vəziyyətdə tapıblar.