İranın Gürcüstandakı səfiri quru sərhədlərinin açıq olduğunu və vətəndaşların sərbəst şəkildə İran ərazisini tərk edə biləcəyini bildirir
İranın Gürcüstandakı səfiri quru sərhədlərinin açıq olduğunu və vətəndaşların sərbəst şəkildə İran ərazisini tərk edə biləcəyini bildirir

 

Bütün quru sərhədləri açıqdır və bütün vətəndaşlar İran İslam Respublikasını sərbəst şəkildə tərk edə bilərlər – bu barədə İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mahmud Adib vətəndaşların təxliyəsi ilə bağlı suala cavab olaraq jurnalistlərə deyib.

Səfir bildirib ki, İran ərazisini tərk etmək istəyən vətəndaşlara İrandakı səfirliklər kömək edəcəklər.

“İsrail rejiminin hücumu təkcə İran vətəndaşları üçün problem yaratmadı, həm də orada yaşayan xarici ölkə vətəndaşları problemlərlə üzləşdilər. Söhbət həm adi vətəndaşlardan, həm də diplomatik nümayəndəliklərin əməkdaşlarından gedir. Müvafiq olaraq, İranda olan səfirliklərlə əlaqə saxladıq və dedik ki, İran ərazisini tərk etmək istəyəcək və istəyi olacaq istənilən vətəndaşa təxliyə prosesində yardım göstərəcəyik. Bütün quru sərhədləri açıqdır və bütün vətəndaşlar İran İslam Respublikasını sərbəst şəkildə tərk edə bilərlər” – İranın Gürcüstandakı səfiri bildirib.