İranın dini lideri Müctəba Xamenei hərbi komandirlərə ABŞ və İsraillə yenilənmiş qarşıdurmaya hazırlaşmağı əmr edib

18:47, 31.10.2026

 

İranın ali dini lideri Müctəba Xamenei ali hərbi komandirlərə ABŞ və İsraillə yenilənmiş qarşıdurmaya hazırlaşmağı əmr edib.

O, Tehranın düşmənlərə qarşı qisas cavab addımları atmağa hazır olduğunu bildirib.

“Bütün səviyyə və tipli təhdidlərə coğrafi məhdudiyyətlər olmadan dərhal və effektiv reaksiya ilə cavab verməliyik” – Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun, ordunun və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərlərinə bildirib.

Bununla yanaşı, Xamenei hərbçilərə potensial hədəflərin siyahısını yeniləməyi əmr edib ki, ABŞ və İsrailin “bütün növ maddi və qeyri-maddi aktivləri Silahlı Qüvvələrin əlçatanlığı çərçivəsinə düşsün“.

Ali lider həmçinin hərbçiləri yeni texnologiyalardan istifadə etməklə öz imkanlarını gücləndirməyə çağırıb.

“Əgər düşmənlər hərbi və ya terror hücumlarını bərpa etsələr, bunun başa çatma vaxtını və şərtlərini məhz İslam Respublikasının Silahlı Qüvvələri və İran milləti müəyyən edəcək” – Xamenei qeyd edib.

“Bloomberg”in yazdığı kimi, Xameneinin bəyanatında görüşün tarixi və yeri göstərilmir, lakin bu, onun dövlət başçısı kimi öz ali hərbi komandirlərini topladığı ilk haldır. ABŞ və İsrail fevral ayında İrana qarşı müharibəyə başladıqdan bəri o, ictimaiyyət arasında görünməyib.

Məlumat üçün bildirək ki, bu həftə “Wall Street Journal“ ABŞ-nin Fars körfəzi ölkələrinə aralıq seçkilərindən sonra İrana endiriləcək yeni zərbələrə hazırlaşmaq barədə xəbərdarlıq etdiyi haqqında məlumat yayıb. “Fox”un məlumatına əsasən isə, ABŞ Mərkəzi Komandanlığı prezident Donald Trampa potensial hərbi variantlar barədə məlumat təqdim edib.

Oxşar