İranın Atom Enerjisi Təşkilatı – ABŞ-ın zərbələrinin hədəfi ölkənin cənub-qərbində yerləşən, hələ tikintisi davam edən Darxovin Atom Elektrik Stansiyası olub
İranın Atom Enerjisi Təşkilatı bildirib ki, ABŞ-ın zərbələrinin hədəfi ölkənin cənub-qərbində yerləşən, tikintisi hələ davam edən Darxovin Atom Elektrik Stansiyası olub.
Qurumun bəyanatında qeyd olunur ki, “beynəlxalq təminatlar altında olan dinc nüvə obyektinə hücum beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.
“Darxovin İranın özünütəminetmə və inkişafının simvoludur. Bu təcavüz İranın nüvə sənayesi mütəxəssislərinin inkişaf yolunu davam etdirmək əzmini daha da gücləndirəcək”, – deyə İranın Atom Enerjisi Təşkilatının bəyanatında bildirilir.
Hazırda təşkilat obyektə dəymiş mümkün ziyanla bağlı əlavə məlumat yaymayıb.