İrandan gələn ana və qızını Laqodexi keçid məntəqəsindən geri Azərbaycan ərazisinə göndərdilər
İrandan gələn ana və qızını Laqodexi keçid məntəqəsindən geri Azərbaycan ərazisinə göndərdilər

Gürcüstan-Azərbaycan sərhədinin Laqodexi keçid məntəqəsindən Gürcüstana, İrandan səyahətdən sonra gələn ana-qız daxil olmağa çalışırdılar. Ana Gürcüstan vətəndaşı, qızı isə, Ukrayna vətəndaşıdır.

Gürcüstanın Birinci Kanalının jurnalistinin sərhəddən verdiyi məlumata görə, sənədlərini yoxladıqdan sonra, sərhədçilər onlara müvəqqəti olaraq, karantin zonasına keçməyi təklif etdilər, ancaq ana olan qadın imtina etdi və qızı ilə birlikdə Azərbaycan ərazisinə geri qayıtdı.

Onlarla bərabər həyat yoldaşını və qızını qarşılamaq üçün sərhədə gedən kişi də var idi, hansı ki, ilk öncə, onlarla bərabər Azərbaycan ərazisinə keçdi, ancaq İranda olmadığı üçün Gürcüstana geri qayıda bildi.

Laqodexi Səhiyyə Mərkəzində bəyan edirlər ki, qeyd olunan vətəndaşların heç bir xəstəlik simptomları yoxdur, ancaq İrandan gəldikləri üçün, Gürcüstana daxil olduqlarında, hərhalda karantin zonasına keçməlidirlər.