İranda yeni ali liderin müharibə zamanı aldığı yaralara baxmayaraq, sağ-salamat və təhlükəsiz yerdə olduğunu bildirirlər
İranın yeni ali lideri Müctəba Xamenei müharibə zamanı aldığı yaralara baxmayaraq, sağ-salamatdır. Bu haqda İran hökumətinin müşaviri və prezident Masud Pezeşkiyanın oğlu Yusif Pezeşkiyan bildirib.
O, Müctəba Xameneinin hazırda təhlükəsiz yerdə olduğunu bildirib.
“Eşitdim ki, cənab Müctəba Xamenei yaralanıb. Onunla əlaqəsi olan bir neçə dostdan soruşdum. Onların mənə dedikləri kimi, Allah sayəsində sağ-salamatdır və təhlükəsiz yerdədir” – Yusif Pezeşkiyan qeyd edib.
Məlumat üçün bildirək ki, bundan əvvəl “New York Times” qəzeti anonim mənbələrə istinadən İranın yeni ali lideri Müctəba Xameneinin ABŞ-İsrail birgə əməliyyatının başladığı ilk gündə yaralanması haqda məlumat yaydı.
İran mediası Xameneini “Ramazan müharibəsinin yaralı veteranı” adlandırdı, lakin onun xəsarətləri barədə heç nəyi konkretləşdirməyib.