İranda "Tramp" yolunun "Zəngəzur dəhlizi" ilə eyni olduğunu və Tehranın bu layihəyə qəti şəkildə qarşı çıxdığını bildirirlər
İranın ruhani liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti “Tramp” yolunun “Zəngəzur dəhlizi” ilə eyni olduğunu və Tehranın buna qəti şəkildə qarşı çıxdığını bildirir.
Medianın məlumatına əsasən, İran üçün Qafqazla bağlı işlənilib hazırlanmış Trampın planı qəbuledilməzdir, çünki bu İranın təhlükəsizliyinə ciddi təhlükə yaradır.
Vilayəti bu haqda Ermənistanın Tehrandakı səfiri Firqor Hakobyanla görüşündə deyib.
“Trampın Qafqazla bağlı planı “Zəngəzur dəhlizi”ndən heç nə ilə fərqlənmir, İran qəti şəkildə buna qarşı çıxır” – İran liderinin müşaviri bildirib.
Onun izahatına əsasən, bu dəhliz “NATO-nun İranın şimalında mövcudluğu üçün şərait yaradır və İranın şimalı və Rusiyanın cənubu üçün ciddi təhlükə təşkil edir. Vilayətinin sözlərinə əsasən, ABŞ iqtisadi fəaliyyət həyata keçirmək adı altında regiona hərbi baxımdan müdaxilə edir.
“Təcrübə göstərir ki, amerikalılar əvvəlcə həssas bölgələrə, guya iqtisadi layihələrlə daxil olurlar, lakin tədricən onların təmsilçiliyi hərbi və təhlükəsizlik ölçülərinə qədər genişlənir. İran sərhədləri yaxınlığında istənilən formada ABŞ-nin açıq iştirakının İranın təhlükəsizliyi üçün nəticələri olacaq” – İran liderinin müşaviri bildirib.