İranda təsdiqləmirlər ki, Tehran və Vaşinqton arasında danışıqlar gedir – “ABŞ danışıqları özü ilə aparır”
İranda təsdiqləmirlər ki, Tehran və Vaşinqton arasında danışıqlar gedir – “ABŞ danışıqları özü ilə aparır”

ABŞ danışıqları özü ilə aparır, – bu barədə İran Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının, Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü Ebrahim Zolfəqari bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfindən yayılan, Tehran və Vaşinqton arasında danışıqların getdiyi barədə məlumat həqiqətə uyğun deyil.

“[ABŞ-ın] daxili mübarizənizin səviyyəsi o həddə çatıb ki, artıq özünüzlə danışıqlar aparırsınız? Bizim kimi insanlar sizin kimi insanlarla heç vaxt uzlaşmayacaq”, – deyə sözçü bildirib.

Onun sözlərinə görə, ABŞ-ın investisiyaları və neftin müharibədən əvvəlki qiymətləri Vaşinqton razılaşmayana qədər geri qayıtmayacaq ki, regional sabitlik İran Silahlı Qüvvələri tərəfindən təmin olunur.

Məlumat üçün bildirək ki, Donald Tramp son günlərdə dəfələrlə bəyan edib ki, İran ABŞ ilə danışıqlar aparır.