İranda son bir gündə Hörmüz boğazını 26 gəminin keçdiyini bəyan edirlər
“İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun bəyanatına əsasən, son bir gün ərzində Hörmüz boğazını 26 gəmi keçib.
Onların məlumatına əsasən, gəmilər arasında neft tankerləri, konteyner gəmiləri və digər kommersiya gəmiləri olub.
“Bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə koordinasiya və təhlükəsizliyin təmin olunması şəraitində baş verib” – hərbi qüvvələrin bəyanatında deyilir.
Bununla yanaşı, İran İnqilab Qvardiyası boğazdan keçidə yalnız İranla əvvəlcədən koordinasiya ilə icazə verildiyini bir daha qeyd edib.
Bundan əvvəl isə məlumat yayılıb ki, bu gün təxminən səkkiz milyon barel xam neft daşıyan ən azı üç gəmi Hörmüz boğazının əsas dəniz marşrutunu keçib. Söhbət iki Çin və bir Cənubi Koreya tankerindən gedir.