İranda son 24 saat ərzində koronavirusun 2 536 yeni halı aşkar edildi, 162 insan vəfat etdi
İranda son 24 saat ərzində koronavirusdan 162 insan vəfat etdi. Bu isə, bir apreldən sonra qeydə alınan ən yüksək göstəricidir.
Ötən gecə ərzində ölkədə koronavirusun 2 536 yeni halı aşkar edildi.
Ölkə miqyası ilə, koronavirusa yoluxanların ümumi sayı 225 205-dən artıqdır.
Virus nəticəsində vəfat edənlərin ümumi sayı 10 670-i aşdı.