İranda son 24 saat ərzində koronavirusdan 116 insan vəfat etdi

18:29, 21.06.2020

İranda son 24 saat ərzində koronavirusdan 116 insan vəfat etdi. Səhiyyə Nazirliyində bəyan etdiklərinə görə, koronavirus ilə vəfat edənləri sayı artıq üçüncü gündür ki, 100-dən artıqdır.

Ümumilikdə, epidemiyanın başlamasından bu günə qədər, İranda virus nəticəsində 9 623 insan vəfat edib.

Epidemiyanın başlamasından bu günə qədər, İranda koronavirusa 204 mindən artıq insan yoluxub.

Oxşar