İranda ölkənin ABŞ-nin zərbələrinə qətiyyətlə reaksiya verməyə davam edəcəyini və Tehranın Vaşinqtonla danışıqlar planının olmadığını bəyan edirlər

21:16, 15.07.2026

 

İran ABŞ-nin zərbələrinə qətiyyətlə reaksiya verməyə davam edəcək, Tehranın Vaşinqtonla danışıqlar aparmaq planı yoxdur – bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağai İran mediasına açıqlamasında bildirib.

“Hazırda bizim danışıqlar aparmaq planımız yoxdur və diqqətimizi ölkənin müdafiəsinə yönəltmişik. Əgər ABŞ öz öhdəliklərini pozarsa, İran heç bir sazişə əməl etməyəcək. Bu, prinsipial məsələdir və biz bunu qorumağa davam edəcəyik” – İsmayıl Bağai bildirib.

Sözçünün sözlərinə əsasən, rəsmi Tehran hesab edir ki, Amerika Birləşmiş Ştatları atəşkəs sazişinə elə başladığı andan etibarən məhəl qoymayıb.

Məlumat üçün bildirək ki, artıq dördüncü gecədir ki, ABŞ İran ərazisində hərbi əməliyyatlar həyata keçirir. Amerika tərəfinin izahatına əsasən, əməliyyatın məqsədi İranın Hörmüz boğazında beynəlxalq kommersiya daşımalarına və mülki ekipajlara təhlükə yaratdığı qiymətləndirilən hərbi imkanlarını daha da zəiflətməkdir.

Oxşar