İranda məktəbləri bağlayıblar, İsraildə isə bütün təhsil müəssisələri distant rejimə keçib
İranda məktəbləri bağlayıblar, İsraildə isə bütün təhsil müəssisələri distant rejimə keçib

 

İranda məktəbləri bağlayıblar və imtahanlar təxirə salınıb. İranın Təhsil Nazirliyində bəyan etdikləri kimi, ölkə miqyasında bütün təhsil müəssisələri xüsusi sərəncama qədər bağlıdır.

Həmçinin, bütün planlaşdırılan imtahanlar təxirə salınıb. İmtahanların yeni tarixləri daha sonra açıqlanacaq.

Qeyd etmək lazımdır ki, İsraildə də imtahanlar ləğv edilib, bütün təhsil müəssisələri isə fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə distant rejimə keçib.