İranda koronavirusun ilk halı qeydə alındı. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, virusa iki insan yoluxub.
Onlar təcrid olunmuş şöbəyə yerləşdiriliblər.
Səhiyyə Nazirliyi yoluxanların milliyətini konkretləşdirmir.
Çində koronavirusla son göstəricilərlə, 2012 insan həlak olub. 75 280 insan yoluxub. 15 030 virusdan müalicə olunub.