İranda koronavirusun 3 902 yeni halı aşkar edildi
İranda koronavirusun 3 902 yeni halı aşkar edildi

İranda son bir gün ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi qeydə alındı. Koronavirus 3 902 insanda təsdiq olundu, virusa yoluxan 235 pasiyent vəfat etdi. Müvafiq məlumatı İran Səhiyyə Nazirliyi yayır.

Səhiyyə Nazirliyinin məlumatına görə, paytaxt Tehranda vəziyyət olduqca çətindir.

İranda koronavirusun cəmi 475 674 halı aşkar edilib. Virus nəticəsində ölənlərin sayı 27 192-dir. 4 167 pasiyent kritik vəziyyətdədir.

İran Koronavirusa Nəzarət Milli Mərkəzində bəyan edirlər ki, Tehranda xəstəliyin yayılması həyacan vericidir, hospitallaşdırılan pasiyentlərin sayı kəskin şəkildə artmaqdadır, xəstəxanalarda isə, virusa yoluxanların qəbulu üçün yer yoxdur.