İranda koronavirusdan ölənlərin sayı iki gündür 200-dən artıqdır

16:09, 12.10.2020

İranda koronavirusdan ölənlərin sayı iki gündür 200-ü aşır. Məlumatı “Asoşieytid Pres” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ötən bir gün ərzində ölkədə virusdan 272 insan vəfat etdi. Həmçinin, son 24 saat ərzində koronavirusun 4 206 təsdiq olunmuş halı aşkar edildi.

İranda koronavirusun ilk halından bu günə qədər 500 mindən artıq halı qeydə alınıb, 28 min insan vəfat edib.

Oxşar