İranda koronavirusa görə, Parlamentin işinin bərpası mümkün olmur. Deputatlar iclasa getməkdən imtina edirlər, çünki virusa yoluxmaqdan qorxurlar. Buna görə, sessiyaların bərpası tarixi hələlik məlum deyil.
İran informasiya agentliklərinin məlumatına görə, koronavirus 30-ə qədər deputatda təsdiq olundu.
“Voldometrin” məlumatına görə, İranda epidemiyanın başlamasından bu günə qədər koronavirusun 222 669 halı qeydə alınıb, 10 508 pasiyent vəfat edib.