İranda koronavirus ilə həlak olanların sayı 26-ya çatdı. Bu barədə məlumatı “Reuters” yayır.
Bu, Çindən xaricdə həlak olanların ən yüksək göstəricisidir. Beynəlxalq informasiya agentliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə virusun 106 yeni halı qeydə alındı. Beləliklə virusa yoluxanların sayı 245-ə çatdı.
İran Səhiyyə Nazirliyi koronavirusun yayılması ilə bağlı müəyyən dini tədbirlərinin ləğv edilməsi təşəbbüsünü irəli sürür. Halbuki buna prezidentin icazəsi lazımdır. Az öncə Həsən Ruhanı bəyan etdi ki, koronavirusun yayılmasına baxmayaraq, ölkədə katrantinin tədbiq olunmasını planlaşdırmır.