İranda iki gündür koronavirus nəticəsində vəfat edənlərin sayı 100-dən artıqdır
İranda iki gündür koronavirus nəticəsində vəfat edənlərin sayı 100-dən artıqdır

İranda ardıcıl olaraq ikinci gündür ki, koronavirus nəticəsində vəfat edənlərin sayı 100-ü aşır.

Yerli medianın Səhiyyə Nazirliyinə istinad edərək yaydığı məlumata görə, son 24 saat ərzində ölkədə koronavirusun 2 449 halı aşkar edildi, virusdan 113 insan vəfat etdi.

Beləliklə, qurbanların sayı İranda 8 950-ni təşkil etdi. Cəmi ölkədə 189 876 hal təsdiq olunub. Buradan 150 590 pasiyent sağalıb.