İranda etiraz aksiyaları zamanı 30 nəfərə qədər həbs edildi.
Bu barədə məlumatı Reuters agentliyi ölkənin məhkəmə sisteminin nümayəndəliyinə istinadən yayır.
Həbs edilənlər qeyri-qanuni yığıncaqda iştirak etməklə ittiham edilirlər.
İran iqtidarı bəyan edir ki, o sadəcə qanuni demonstrantlara qarşı tolerantdır.
Xatırladaq ki, İranda etiraz aksiyaları, İran iqtidarının, Ukrayna təyyarəsinin səhv ilə düşürülməsi ilə bağlı etirafından sonra başladı.
Kütləvi anti-iqtidar demonstrasiyalarında iştirak edənlərin əksəriyyəti gənclərdir.