İranda bir ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ən azı 8 nəfər ölüb, 36 nəfər isə yaralanıb
İranda bir ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ən azı 8 nəfər ölüb, 36 nəfər isə yaralanıb

Tehranın qərbində yerləşən bir ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ən azı 8 nəfər ölüb, 36 nəfər isə yaralanıb. Bu barədə məlumatı ‘Reuters’ agentliyi İran mediasına istinadla yayıb.

Məlumatlara görə, binanın fasadı yanıcı materiallardan ibarət olub, bu isə alovun sürətlə yayılmasına səbəb olub.

Hazırda yanğının səbəbi məlum deyil.