İranda bildirirlər ki, hücum BƏƏ-də yerləşən ABŞ-ın texnoloji nəhəngi Oracle-a aid məlumat mərkəzi və hesablama infrastrukturu hədəflənib
“İslam İnqilabı Keşikçiləri Korpusunun” yaydığı məlumatda bildirilib ki, BƏƏ-də yerləşən ABŞ-ın texnoloji nəhəngi Oracle-a aid məlumat mərkəzi və hesablama infrastrukturu hücum hədəfi olub.
Bəyannamədə qeyd olunur: “Bildirdiyimiz kimi, iranlı şəxslərin qətlə yetirilməsinə cavab olaraq, düşmənin terror əməliyyatlarının dayaqları olan kəşfiyyat, informasiya texnologiyaları və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə zərbə vuracağıq.”
İranda bildirirlər ki, bu hücum doktor Kamal Harazinin və həyat yoldaşına edilən hücuma cavabdır. Doktor Harazi, İranda Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri olub və 1997-ci ilin avqustundan 2005-ci ilin avqustuna qədər İranın xarici işlər naziri vəzifəsini icra edib. Həmin hücum zamanı Kamal Harazi ağır yaralanıb, həyat yoldaşı isə ölüb.
İran mətbuatının məlumatına görə, Oracle ABŞ-ın hərbi və kəşfiyyat ekosistemində ən dərin inteqrasiya olunmuş texnoloji şirkətlərdən biridir.