İranda bildirirlər ki, ABŞ-la danışıqlarda “müəyyən irəliləyiş” əldə olunub, lakin Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqları qalır
İranda bildirirlər ki, ABŞ-la danışıqlarda “müəyyən irəliləyiş” əldə olunub, lakin Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqları qalır. Bu barədə “Reuters” agentliyinə iranlı yüksək vəzifəli şəxs bildirib.
Onun sözlərinə görə, danışıqlardakı irəliləyişə Pakistan ordusunun komandanının Tehrana səfəri də töhfə verib.
“Bu səfər effektiv oldu və bəzi sahələrdə fikir ayrılıqları azaldı, lakin nüvə məsələlərində prinsipial razılaşmazlıqlar hələ də qalır. Atəşkəs razılaşmasının uzadılacağı və danışıqların ikinci raundunun keçiriləcəyi ilə bağlı daha çox ümid yaranıb”, – deyə iranlı rəsmi “Reuters”ə bildirib.
Onun sözlərinə görə, ən çətin məsələlər İranın zənginləşdirilmiş uranı və Tehranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlıdır.