İranda bildirilib ki, İordaniya və Küveytdə yerləşən aviabazalara zərbələr endirilib

10:42, 16.07.2026

İran ordusu İordaniya və Küveytdə yerləşən aviabazalara zərbələr endirdiyini açıqlayıb.

İran ordusunun məlumatına görə, İordaniyanın Əl-Əzraq aviabazasında ABŞ-ın hərbi rabitə sistemləri və yanacaq anbarları hədəfə alınıb. Bu barədə İran dövlət mediasına istinadən Reuters agentliyi məlumat yayıb.

İordaniyanın dövlət informasiya agentliyinin bildirdiyinə görə, ölkənin hava hücumundan müdafiə sistemləri səkkiz İran raketini zərərsizləşdirib.

Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, Küveytdə yerləşən Əli Əl-Salem aviabazasında ABŞ hərbçilərinin toplaşdığı məntəqə və erkən xəbərdarlıq radar sistemi hədəf seçilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son bir neçə saat ərzində İrana qarşı iki dalğa hava zərbəsi həyata keçirdiyini açıqlamışdı.

Oxşar