İranda ballistik raketlərlə ABŞ-nin Qərbi Asiyadakı komandanlıq mərkəzini və İordaniyadakı hərbi hava bazasını məhv etdiklərini bildirirlər
İslam İnqilabı Keşikçiləri Korpusu 10 ballistik raketlə düşmənin Qərbi Asiyadakı komandanlıq mərkəzini və İordaniyada Al-Azrakdakı hərbi hava bazasını məhv etdiyini bəyan edir.
İranlı hərbçilərin sözlərinə əsasən, ABŞ ordusu təcavüzünü təkrarlayacağı təqdirdə, regiondakı digər bazalar güclü atəşdən sığortalanmayacaq.
“Əvvəlki bəyanatımızda təcavüzün təkrarlanmasının bölgədəki digər düşmən bazalarına qarşı cavab tədbirlərimizi genişləndirəcəyini bildirmişdik. Uşaq qatili olan Amerika ordusunun təcavüzünə cavabın ikinci mərhələsində biz bu təhdidi həyata keçirdik” – bəyanatda qeyd olunub.
İordaniyanın milli xəbər agentliyi daha əvvəl hərbi mənbəyə istinadən bəyan etmişdi ki, ölkə İrandan onun ərazisi istiqamətinə atılan səkkiz raketi zərərsizləşdirib.