İranda, aksiya iştirakçıları İslam Respublikasının qurucusunun ev-muzeyini yandırdılar

12:25, 19.11.2022

İranda, aksiya iştirakçıları İslam Respublikasının qurucusu, Ayatullah Xomeyninin ev-muzeyini yandırdılar. Məlumatı “BBC” yayır.

Medianın məlumatına görə, sosial şəbəkələrdə video kadrlar da yayıldı. Lakin yerli hakimiyyət faktı inkar edir.

Yayılan məlumata görə, Ayatullah Xomeyni məhz elə bu evdə anadan olmuşdur, az sonralar isə, bina ev muzeyinə çevrildi.

Xomeyni 1979-cu ildə İran İslam İnqilabının lideri idi, sonradan teokratik dövlət qurdu və özü də ölkənin dini lideri oldu.

Paralel olaraq, Zahedan şəhərində aksiya keçirildi və iştirakçılar hazırkı ruhani lider Ayətullah Əli Xomeyninin nəzərdə tutulduğu “Xomeneyniyə ölüm” şüarları səsləndirirdilər.

Oxşar